...Tramp administrasiyası Avropa ölkələrindən İrandakı hədəflər barədə kəşfiyyat məlumatları istəyib.
SİA xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.
Nəşrin Avropa rəsmiləri arasında olan mənbələrinə görə, Tramp administrasiyasının rəsmiləri yanvarın 12-də öz ölkələrindən İrandakı mümkün hədəflər barədə kəşfiyyat məlumatlarını paylaşmalarını istəyiblər.
Bir Avropa rəsmisi qeyd edib ki, Vaşinqtonun nüvə obyektlərinə zərbə endirməsi ehtimalı azdır, lakin İrandakı etirazlar zamanı baş verən zorakılıqlara görə məsuliyyət daşıyan təşkilatların liderlərinə qarşı tədbir görə bilər.
Eyni zamanda, “Politico”nun mənbələrinə görə, ABŞ-ın İrana qarşı güc tətbiq etmək qabiliyyəti xeyli məhduddur. Nəşr qeyd edir ki, Yaxın Şərqdə Tramp administrasiyasının sərəncamında olan Amerika hərbi gəmiləri və personalı Karib dənizinə köçürülüb.
...Prezident hələ də İran rəhbərliyinə və ya hərbi obyektlərinə hava hücumu əmri verə bilər, lakin onun seçimləri hətta ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirdiyi ötən iyun ayı ilə müqayisədə xeyli məhduddur.
Bunu da “Politico” yazır.
Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, Tramp administrasiyası mümkün güc tətbiqi planlarını Konqreslə əlaqələndirməli olacaq ki, bu da onun seçimlərini məhdudlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB