Prezident və Baş Nazir barabanlarda BTS mahnısı ifa etdilər...

Bu barədə Cənubi Koreya liderinin ofisi məlumat verib...

...Cənubi Koreya Prezidenti Li Ce Myonq və Yaponiya Baş naziri Sanae Takaiçi Cənubi Koreya BTS qrupunun "Dynamite" mahnısını nağara ilə ifa ediblər. Bu barədə Cənubi Koreya liderinin ofisi öz veb saytında məlumat verib.

SİA-nın məlumatına görə, ofis qeyd edib ki, görüş zamanı siyasətçilər adları və milli bayraqları həkk olunmuş mavi forma geyiniblər.

Li Ce Myonq və Takaiçi üçün Yaponiya musiqi alətləri istehsalçısından iki nağara dəsti də hazırlanıb.

Bəyanatda deyilir ki, “...İki lider arasındakı sinerji və yaxınlığı simvolik olaraq nümayiş etdirmək üçün Yaponiya tərəfindən xüsusi olaraq hazırlanmış bu tədbirdə hər iki liderin K-Pop Demon Hunter qrupundan "Golden" və BTS qrupundan "Dynamite" mahnılarını birlikdə ifa etdiyi proqram təqdim olunub. Li Ce Myonq uşaqlıqdan bəri nağara çalmağı arzuladığını və indi arzusunun gerçəkləşdiyini qeyd edib. Eyni zamanda, tələbəlik illərində musiqi qrupunda bu alətdə ifa edən Takaiçi Cənubi Koreya liderinə nağara çubuqları hədiyyə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə