Tramp İranda etirazçılara müraciət etdi...

Kömək yolundadır...

ABŞ Prezidenti Donald Tramp İranda iki həftədən çoxdur davam edən etirazlara münasibət bildirib.

SİA-nın məlumatına görə, bu gün, 13 yanvarda Tramp Truth Social-da bir paylaşım edib:

...İran vətənpərvərləri, ETİRAZLARA DAVAM EDİN- MÜƏSSİSƏLƏRİNİZİ NƏZARƏTƏ ALIN!!!

Qatillərin və cəlladların adlarını xatırlayın. Etirazçıların mənasız şəkildə öldürülməsi DAYANANA QƏDƏR İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. KÖMƏK YOLDADIR. MIGA (İranı Yenidən Böyük Edək — Red.)!!!

Xatırladaq ki, Trampa İran rejiminə zərbə endirmək üçün variantlar təqdim edilib. ABŞ prezidenti hələlik yekun qərar verməyib. Ona Tehranda qeyri-hərbi hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlar təqdim edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə