İranda qarmaqarışıqlıdır, rialın məzənnəsi də antirekord qırır

İranda qarmaqarışıqlıdır, rialın məzənnəsi də antirekord qırır

İrandakı gərginlik ölkənin pul vahidinə də ciddi ziyan vurub. SİA xəbər verir ki, "Forex" beynəlxalq bazarında yanvarın 12-də USD/IRR məzənnəsi 1 dollar üçün 994 min 55 İran rialına çatıb. Belə ki, yanvarın 9-da isə pik həddə çataraq 1 dollar üçün 1 milyon 260 riala bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin sonunda 1 dollar 42 min 50 İran rialı olub. Beləliklə, bu il "Forex" bazarında dollar İran rialına qarşı 2 278.74% bahalaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə