...İranın keçmiş şahının oğlu və sürgündə olan İran müxalifətinin görkəmli simalarından biri olan Rza Pəhləvi ABŞ prezidenti Donald Trampı kütləvi etirazları dəstəkləməyə və Tehrandakı mövcud rejimin devrilməsinə kömək etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The New York Times yazır.
Pəhləvi bildirib ki, İrandakı etirazçılar Trampın hökumət dinc nümayişçiləri öldürməyə davam edəcəyi təqdirdə mümkün hərbi müdaxilə barədə açıq xəbərdarlıqlarından cəsarətləniblər.
Amerika televiziya kanalına verdiyi müsahibədə o, birbaşa Trampa müraciət edərək, İranın indi dəyişiklik astanasında olduğunu və İran rejiminin həm öz ölkəsinə, həm də regional və Amerika təhlükəsizliyinə təhdidini aradan qaldırmaq üçün rejimin "birdəfəlik məğlub edilməli" olduğunu vurğulayıb. Pəhləvi qeyd edib ki, xalq xarici dəstək vədlərinə müsbət cavab verir və bu anı azadlıq üçün bir fürsət kimi görür.
Qeyd edək ki, 1979-cu ildən bəri sürgündə yaşayan Pəhləvi İran müxalifəti arasında mübahisəli bir sima olaraq qalır. Çoxları monarxiyanın bərpası ideyasına şübhə ilə yanaşır, lakin onun hərəkətə keçmə çağırışları ölkə daxilindəki bəzi nümayişçilərdə əks-səda doğurub.
Bəzi etirazçılar hətta Tehran və digər şəhərlərin küçələrində ona dəstək şüarları səsləndiriblər. İranda kütləvi etirazlar dekabrın sonlarında başlayıb və iqtisadi tələblərdən rejim dəyişikliyi üçün daha geniş çağırışlara çevrilib.
Ölkə hakimiyyəti nümayişləri qəddarcasına yatırır və insan haqları qruplarının məlumatına görə, ölənlərin sayı artıq yüzlərlə nəfəri keçib.
Prezident Tramp bir neçə dəfə bildirib ki, ABŞ Tehrandakı rejimin hərəkətlərinə hərbi əməliyyatlar da daxil olmaqla, cavab tədbirləri üçün "çox güclü variantları" nəzərdən keçirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB