...İranda hakimiyyətlə etirazçılar arasında qarşıdurma kəskin şəkildə artır. İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, İranda etirazlar başlayandan bəri ən azı 538 nəfər həlak olub.
Onların arasında 490 nümayişçi və 48 təhlükəsizlik qüvvəsi əməkdaşı var.
SİA xəbər verir ki, Bild-in məlumatına görə, 10.600-dən çox insan saxlanılıb. Digər mənbələr də ölənlərin sayının kəskin artdığını bildirir.
...Axios müxbiri Barak Ravid İsrail hökumətinin məlumatlarına istinadən hətta 1000-dən çox ölü olduğunu bildirib.
Bu rəqəmləri müstəqil şəkildə yoxlamaq mümkün deyil: İran rejimi ölkədə internet və telefon xidmətini əsasən iflic edib. Hakimiyyət orqanları hələ rəsmi itki rəqəmlərini açıqlamayıb.
İrandan informasiya axını ciddi şəkildə məhdudlaşdırılıb. Lakin Tehran və ikinci ən böyük şəhər olan Məşhəddəki etirazların video görüntüləri, ehtimal ki, Starlink peyk sistemi vasitəsilə xaricə sızıb.
Fəallar bildirirlər ki, nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşmaların qarşısını almaq üçün qısa müddətə kiçik qruplar şəklində toplaşırlar.
Bu arada, İran dövlət televiziyası hadisələrin miqyasını kiçiltməyə çalışır, müxbirlər ölkə daxilində boş küçələri göstərirlər.
...Və bu arada ABŞ prezidenti Donald Tramp İranın azadlıq uğrunda mübarizə apardığını və ABŞ-ın kömək etməyə hazır olduğunu bildirib.(?)
Medianın məlumatına görə, Vaşinqtonda kiberhücumlar, əlavə sanksiyalar və ya hərbi əməliyyatlar kimi variantlar müzakirə olunur.
Buna cavab olaraq İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf müdaxilə halında ABŞ hərbi bazalarının və İsrailin qanuni hədəflərə çevrilə biləcəyi ilə hədələyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB