İranda briqada generalı öldürüldü - TƏCİLİ

İranda yüksək çinli general öldürülüb. SİA İran televiziyasına istinadən xəbər verir ki, Məşhəd şəhərində narkotiklərlə mübarizə üzrə bölməyə rəhbərlik edən briqada generalı Cavad Kaşevarz silahlı üsyançıların hücumu nəticəsində həlak olub.

Hücumun detalları ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib. Bildirilir ki, hadisə zamanı generalın olduğu avtomobil və ya xidmət məntəqəsi hədəfə alınıb. Hücumu törədənlərin kimliyi və motivləri araşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə