“Bu, çox pis sonluqla bitəcək...”

Belçika Qrenlandiyanın ələ keçirilməsinə qarşı çıxır...

...Belçikanın müdafiə naziri Teo Franken VTM televiziyasında bildirib ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək təşəbbüsünün həyata keçirilməsi fəlakətli nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp yenidən Qrenlandiyanın ələ keçirilməsi ehtimalını qaldırıb. Bundan əlavə, Ağ Ev rəsmiləri adanın Amerika bayrağının rənglərində təsvir olunduğu xəritəni göstəriblər.

...Qrenlandiya Venesuela və ya İran deyil. Bu, NATO-nun yaşaması üçün vacib məsələdir. Biz hərbi müdaxilə edə bilmərik, əks halda çox pis nəticələnəcək.

SİA-nın məlumatına görə, bunu Franken izah edib.

Nazir Amerika tərəfi ilə bir sıra görüşlər keçirdiyini deyib. Xüsusilə, o, ABŞ-ın Belçikadakı səfiri və ABŞ-ın NATO-dakı daimi nümayəndəsi ilə danışaraq onları Qrenlandiyaya müdaxilənin böyük problemlər yaradacağı barədə xəbərdar edib.

Danışıqlar zamanı diplomatlar Vaşinqtonun adaya hərbi yolla nəzarəti ələ keçirməyi planlaşdırmadığını, lakin onu əldə etmək niyyətində olduğunu bildiriblər.

Onun fikrincə, buna ehtiyac yoxdur; "Rusiya və Çinə adanın alyansın ərazisinin bir hissəsi olduğunu aydın şəkildə bildirmək" üçün NATO-nun Qrenlandiya və onun ətrafındakı mövcudluğunu gücləndirmək kifayətdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə