...ABŞ Prezidenti Donald Tramp Kubanın Venesueladan neft tədarükünü və maliyyə dəstəyini itirəcəyini açıqladı.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu açıqlamanı sosial media hesabı Truth Social-da paylaşıb.
…Kuba illərdir Venesueladan külli miqdarda neft və pulla yaşayır. Kubaya daha neft və pul axmayacaq, sıfır! Onları çox gec olmamışdan əvvəl razılaşma əldə etməyə çağırıram, - deyə Amerika lideri yazıb.
Qeyd edilməlidir ki, Venesuelada baş verən son əməliyyatdan sonra Tramp ada ölkəsinə münasibətini xeyli sərtləşdirib. Əvvəlcə o, ABŞ-ın Kubaya qarşı hərbi güc tətbiq etmək niyyətində olmadığı
Lakin cəmi bir neçə gün sonra Tramp Havananın "yıxıldığını" elan edərək, Vaşinqtonun "ora silahla getməkdən" başqa çarəsi qalmayacağını əlavə edib.
…Tramp həmçinin X istifadəçilərinin Dövlət katibi Marko Rubionu Kubanın "prezidenti" təyin etmək təklifi barədə danışıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB