"Bu adam dayandırılmalıdır..."

Britaniya Müdafiə Naziri Putini qaçırmağa hazır olduğunu söylədi...

...Və nələr olmur..?

...Bu arada Britaniya müdafiə naziri Con Heli bildirib ki, Rusiya lideri Vladimir Putini Ukraynadakı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün onu qaçıracaq..?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Heli Kiyevli müstəqil jurnalistin fürsəti olsaydı hansı dünya liderini qaçıracağı ilə bağlı sualına cavab verib.

O, Rusiyanın müharibə cinayətlərinə "Ukraynaya ilk səfərlərimdən birində Buçada gördüklərim" və "İrpendə tanış olduğum bəzi ukraynalı uşaqların qaçırılması"nın da daxil olduğunu qeyd edib.

Kiyevin Darnitski rayonundakı hündürmərtəbəli binaya rus hücumunun yerində dayanan və ona işarə edən Heli deyib ki, bina "Prezident Putin və onun yalnız Ukraynaya qarşı müharibə aparmaq deyil, həm də insanların qışın ortasında tamamilə asılı olduğu mülki şəxslərə, şəhərlərə və infrastrukturlara zərbə vurmaq əzmi haqqında bilməli olduğunuz hər şeyi deyir".

Britaniya müdafiə naziri əlavə edib ki, “...bu adam dayandırılmalıdır. Bu müharibə dayandırılmalıdır. Və bizim missiyamız Ukraynanın hazırkı mübarizəsində ona dəstək olmaq və hələlik sülhün təmin edilməsinə kömək etməkdir", - Con Heali vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə