Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və köməkçisi, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Ukrayna Prezidenti Vladimir Zelenskini Qroznıya “müharibə cinayətkarı kimi” gətirəcəyinə söz verib. Bu barədə o, sosial şəbəkə hesabında yazıb. SİTAT: “Səni tapacağıq, bu, yalnız zaman məsələsidir. Və səni buraya, Qroznıya gətirəcəyik.
Prezident kimi yox, müharibə cinayətkarı kimi. Və sən səhnədə deyil, təhqir etməyə çalışdığın torpaqda dayanacaqsan. Ağlayacaqsan, fəryad edəcəksən, çəkmələri öpəcəksən və bağışlanma diləyəcəksən”, - Adam Kadırov qeyd edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB