"Etirazçıları dərhal azad edin!" - Avropa İttifaqından Tehrana ÇAĞIRIŞ

Fon der Leyendən Tehrana ÇAĞIRIŞ

Avropa İttifaqı İranda baş verən kütləvi etirazlara münasibətini açıq şəkildə ifadə edib. SİA-nın məlumatına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Tehranda və dünyanın müxtəlif şəhərlərində azadlıq tələbi ilə küçələrə çıxan iranlı qadın və kişilərə tam dəstək verdiklərini bəyan edib. O, etirazların zorakılıqla yatırılmasını kəskin şəkildə pisləyib və rəsmi Tehrana birbaşa çağırışlar səsləndirib.

Ursula fon der Leyen X sosial media platformasında yazıb: “Tehran küçələrində və dünyanın müxtəlif şəhərlərində iranlı qadın və kişilərin azadlıq tələb edən fəryadları eşidilir. Danışmaq, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq azadlığı. Avropa onları tam dəstəkləyir. Biz bu qanuni nümayişlərin qəddarcasına yatırılmasını birmənalı şəkildə pisləyirik. Məsul şəxslər tarixin səhv tərəfində qalacaqlar. Həbsdə olan bütün etirazçıların dərhal azad edilməsinə çağırırıq. Tam internetə çıxışın bərpasına çağırırıq. Və nəhayət, fundamental insan hüquqlarına hörmət etməyə çağırırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə