Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci azaldıb

2025-ci ildə Azərbaycan Türkiyədən 21,057 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 9,7 % azdır.

Təkcə dekabrda isə Türkiyə Azərbaycana 1,798 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,8 % çoxdur.

Ötən il Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 5,1 % azalaraq 2,587 milyard ABŞ dollarına, dekabrda isə 2,5 % azalaraq 241 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox idxalı ABŞ 359 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 16,2 % az), Almaniya 350 milyon ABŞ dolları (6,6 % az) və Böyük Britaniya 178 milyon ABŞ dolları (1,1 % az) həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə