Trampın iştahı əbəs deyilmiş - Qrenlandiyadakı resursların dəyəri 1 trilyon dolları keçir...
“Stolıpin” iqtisadiyyat institutunun icraçı direktoru Anton Sviridenko TASS-a açıqlamasında Qrenlandiya adası barədə mühüm faktlar açıqlayıb. Məlum olub ki, Danimarkaya bağlı Qrenlandiya adasınının dəyəri, o cümlədən onun təbii ehtiyatları 1 trilyon dollar olaraq qiymətləndirilir, lakin ABŞ-nin bu ada üçün Danimarkaya 70 milyard dollardan çox təklif etməsi ehtimalı azdır.
Bundan əvvəl “The Wall Street Journal” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Amerika qanunvericiləri ilə görüşündə Qrenlandiyanın alınmasını ada üzərində nəzarətin qurulması üçün prioritet seçim adlandırıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB