Senator Qrem ABŞ-ın Maduroya Türkiyəyə getmək imkanı təklif etdiyini təsdiqlədi...
...Senator Lindsi Qrem Venesuela diktatoru Nikolas Maduronun Türkiyəyə gedə biləcəyini, lakin təklifi rədd etdiyini təsdiqləyib.
BBC-nin məlumatına görə, o, bu açıqlamanı ABŞ prezidenti Donald Trampın təyyarəsində verib.
O hesab edir ki, Maduronun ABŞ-ın Türkiyəyə getmək təklifini qəbul etməsi daha yaxşı olardı.
Senator Qrem bildirib ki, “O, Trampa və ABŞ ordusuna qarşı çıxmaq qərarına gəlib və indi onun arxası həbsdədir”.
SİA xatırladır ki, “The New York Times" qəzeti bir qədər əvvəl, dəqiq desək, 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya istefa vermək və Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Maduronun bundan imtina etdiyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB