Rodrigez Maduronun həbsinin “sionist çalarları” olduğunu bildirib…

...SİA xarici qaynaqlara istinadən xəbər verir ki, "The Middle East Eye" qəzetinin məlumatına görə, Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez sionistləri ABŞ-ın rəhbərlik etdiyi prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin oğurlanmasında iştirak etməkdə günahlandırıb.

O bildirib ki, “...Dünya hökumətləri Bolivar Venesuela Respublikasının bu cür hücumun qurbanı olmasından şoka düşüblər və bu, şübhəsiz ki, sionist çalarlarına malikdir”. Rodrigez vurğulayıb ki, “Tarix və ədalət ölkəmizə qarşı silahlı təcavüzü təşviq edən ekstremistləri bunun əvəzini ödəməyə məcbur edəcək”.

“Argumenty i Faktı” qəzetinin məlumatına görə, amerikalı jurnalist Kendas Ouens də oxşar fikir bildirib.

Onun sözlərinə görə, "sionistlər hər bir rejim dəyişikliyini alqışlayırlar", çünki bu, onlara torpaq, neft və digər resursları oğurlamağa imkan verir.

O, ABŞ-ın əvvəllər Suriya, Əfqanıstan və İraqı necə "azad etdiyini" və bunun həmin ölkələrin sakinləri üçün nəticələrini xatırladıb.

Qeyd edək ki, 3 yanvarda Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Karakasdakı iqamətgahlarında ABŞ qüvvələri tərəfindən tutulub ABŞ-a aparılıblar və orada məhkəmə qarşısına çıxarılacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə