Venesuelada ABŞ əleyhinə etirazçılar küçələrə toplaşırlar...

Venesuelalılar ABŞ-ın təcavüzünə etiraz etmək üçün küçələrə çıxmağa başlayıblar.

SİA xəbər verir ki, RİA Novosti bu barədə Venesuela televiziya kanalı Telesur-a istinadən məlumat yayıb.

Agentlik kanalın "Venesuela xalqı ABŞ-ın təcavüzünə etiraz olaraq və Prezident Nikolas Maduroya dəstək olaraq səfərbər olur" deyərək Telesur-un küçələrdə Maduro tərəfdarı şüarlar səsləndirən insanların videolarını da yayımladığını bildirib.

Xatırladaq ki, 3 yanvarda ABŞ prezidenti ABŞ ordusunun Venesuelaya genişmiqyaslı zərbələr endirəcəyini elan etdi. O, həmçinin Prezident Nikolas Maduro və həyat yoldaşının ABŞ xüsusi təyinatlıları tərəfindən əsir götürüldüyünü bildirib. Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın hərbi təcavüzünü elan etdi. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə