SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən tutulması ilə bağlı şərh verib.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Pekin ABŞ-ın Venesuelaya qarşı hərəkətlərini qətiyyətlə pisləyir.
Çin Karakasa endirilən zərbələri və Maduronun tutulmasını "açıq-aşkar güc tətbiqi" adlandırıb.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, "Çin ABŞ-ın suveren dövlətə qarşı açıq-aşkar güc tətbiqini və prezidentə qarşı hərəkətlərini dərindən sarsıdır və qətiyyətlə pisləyir".
Bir daha xatırladaq ki, 3 yanvarda Karakasda bir neçə partlayış baş verib, bundan sonra şəhər üzərində ABŞ təyyarələri müşahidə edilib. Daha sonra ABŞ-ın elit Delta Force bölməsinin üzvləri Maduro və həyat yoldaşını ələ keçiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB