ABŞ-ın Venesuela ərazisini bombalaması və ölkə prezidentinin ələ keçirilməsi bütün sərhədləri aşıb.
SİA xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bunu Braziliya prezidenti Luis İnasio Lula da Silva bildirib.
O deyib ki, “Venesuela ərazisinin bombalanması və prezidentinin ələ keçirilməsi bütün sərhədləri aşıb".
Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri Latın Amerikası siyasətinə müdaxilənin ən pis anlarını xatırladır.
ABŞ prezidenti Donald Tramp əvvəllər Amerika qüvvələrinin 3 yanvarda Venesuelaya hücum etdiyini təsdiqləyib. O, həmçinin ölkə lideri Nikolas Maduro və həyat yoldaşının Delta Force xüsusi təyinatlıları tərəfindən tutularaq Venesueladan çıxarıldığını bildirib.
Xatırladaq ki, Ağ Ev rəhbəri Moskva vaxtı ilə saat 19:00-da keçirilməsi planlaşdırılan mətbuat konfransında əməliyyatın təfərrüatlarını açıqlayacağına söz verib.
Son məlumatlara görə, Karakasda hərbi bazalar, hava limanları, ölkə parlament binası və Uqo Çavesin igamətgahı də daxil olmaqla ən azı 11 hərbi və mülki hədəfə hücum edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB