Venesuelanın vitse-prezidenti Karakasda baş verən partlayışlardan sonra təhlükəsizlikdədir

Venesuelanın vitse-prezidenti Delsi Rodriges səhər saatlarında paytaxtı sarsıdan və ölkənin hərbi obyektlərinə təsir edən silsilə partlayışlardan zərər çəkməyib. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bir sıra ABŞ KİV-ləri qeyd edir ki, Rodrigezin prezident vəzifəsinin icraçısı elan ediləcəyi gözlənilir.

Qeyd edilib ki, Venesuela hökuməti fövqəladə vəziyyət elan etdiyi üçün Prezident Nikolas Maduronun harada olması barədə məlumat olmayıb.

Daha sonra ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını bəyan edib.

"The Associated Press"in məlumatına görə, hazırda Venesuelanın paytaxtı Karakasın böyük bir hissəsi ABŞ-nin raket hücumları nəticəsində işıqsız qalıb.

Hücumlar 30 dəqiqə davam edib. Zərər çəkənlərlə bağlı məlumatlar hələlik daxil olmayıb.

Daha əvvəl ABC telekanalı xəbər verib ki, Venesuelanın paytaxtı Karakasa ən azı yeddi raket-bomba zərbəsi endirilib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə