Pakistan XİN başçısı Pekinə yola düşüb

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Pakistan və Çin Xarici İşlər nazirliklərinin 7-ci strateji dialoquna Çinin xarici işlər naziri Van İ ilə birgə sədrlik etmək üçün Pekinə yola düşüb. SİA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.

Məlumata görə, İshaq Dar 2026-cı ildə Çinə səfər edən ilk yüksək vəzifəli əcnəbi olacaq.

"Yanvarın 4-də baş tutacaq dialoq çərçivəsində tərəflər birgə əməkdaşlığın bütün spektrini nəzərdən keçirəcək, tərəfdaşlığın yeni istiqamətlərini müəyyən edəcək, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edəcəklər", - məlumatda deyilib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə