Ermənistanda vəzifəli şəxslərə qarşı cinayət işi açılıb, həbs olunanlar var

Ermənistanda vəzifəli şəxslərə qarşı cinayət işi açılıb, həbs olunanlar var

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində ölkənin Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, 5 şəxsə qarşı cinayət işi açılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, vergidən yayınmada və şəriklikdə ittiham olunurlar.

İki nəfər saxlanılıb, onlardan biri Dövlət Gəlirləri Komitəsinin əməkdaşıdır.

Həbs olunanlar arasında Meğri gömrük-keçid məntəqəsinin rəisi də var.

Bütün xəbərlər Facebook səhifəmizdə