Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Administrasiyasının rəhbərinin müavini Pavlo Palisa ilə görüş keçirib və ona Müdafiə Qüvvələrində zəruri dəyişiklikləri həll etməyi tapşırıb.
SİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, Palisa Ukraynaya gələcək təhlükəsizlik müşavirləri ilə görüşlərə hazırlıq, eləcə də rəhbərlik səviyyəsində "həlledici koalisiya" çərçivəsində iş barədə məlumat verib.
Ukrayna prezidentinin sözlərinə görə, hərbi komponent təhlükəsizliyin həqiqətən təmin edilməsi üçün vacibdir. Dövlət başçısı bildirib ki, "Pavlo həmçinin Ukrayna Müdafiə Qüvvələrində zəruri dəyişiklikləri həll edir və yaxın həftələrdə briqadalar və hərbi komandanlıqla birlikdə effektiv həll yollarını müəyyən etmək üçün işləyəcək".
Bundan əlavə, Ukraynanın tammiqyaslı müharibədə özünü müdafiə təcrübəsi nəzərə alınmaqla hərbi təhsilin modernləşdirilməsi üçün hazırlıqlar aparılır.
...Təhsil prosesi və zabit hazırlığı Ukrayna müdafiəsinin real həyat təcrübəsinə əsaslanmalıdır. Mən həmçinin əsgərlərimizi dövlət mükafatları ilə təltif edən yeni fərmanlar imzaladım, - deyə Zelenski əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB