"Samsung" yeni müqavilə imzalayıb

Cənubi Koreyanın "Samsung Heavy Industries" şirkəti Okeaniya regionundan olan gəmi sahibi üçün iki mayeləşdirilmiş təbii qaz tankeri inşası üçün 721,1 milyard von (təxminən 499 milyon dollar) məbləğində müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi şirkətin bəyanatına istinadən bildirib.

Məlumata görə, 2025-ci ilin sonuna şirkətin sifariş portfelində ümumi dəyəri 28,6 milyard dollar olan 133 gəmi mövcuddur.

"Qlobal mayeləşdirilmiş təbii qaz tankerlərinə tələbatın bərpası fonunda "Samsung Heavy Industries" il ərzində yeni sifarişlərin davamlı axınını gözləyir", - qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə