Türkiyənin "qırmızı bülleten"lə axtarışa verdiyi 40 nəfər ölkəyə ekstradisiya olunub
Türkiyənin "qırmızı bülleten"lə beynəlxalq axtarışa verdiyi 40 nəfər ölkəyə ekstradisiya olunub. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Həmin şəxslər Gürcüstan (27), Almaniya (4), Bolqarıstan (3), ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan gətirilib.
Həmin şəxslər qəsdən adam öldürmə və adam öldürməyə cəhd, cinayətkar dəstə yaratma və üzvlük, narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq, quldurluq və dələduzluq, informasiya texnologiyalarından istifadə etməklə dələduzluq, rəsmi sənədlərdə saxtakarlıq, şəxsi məlumatların qanunsuz ələ keçirilməsi, terror təbliğatı, cinsi istismar və fahişəliyə təşviq, qanunsuz silah saxlama, eləcə də şəxsi azadlıq və toxunulmazlığa qarşı cinayətlərə görə axtarışa verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB