Gürcüstan ərazisində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb.
SİA xəbər verir ki, Gürcüstan-Rusiya quru sərhədinə gedən, eləcə də digər beynəlxalq əhəmiyyətli magistral yollar tam bağlanıb.
Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.
Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb.
Tbilisidən Marneuliyə gedən yolda da avtomobillərin hərəkətində problemlər yaranıb. Hidrometeoroloqların məlumatına görə, yağıntı və soyuq hava şəraiti davam edəcək. Temperaturun bəzi bölgələrdə mənfi 17 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB