...Zəhran Məmdani ötən ilin noyabr ayında keçirilən seçkilərdə qələbə qazandıqdan sonra cümə axşamı günü Nyu-York şəhərinin meri vəzifəsinə “Quran”la and içdi.
Nyu-York şəhərinin tarixində ilk müsəlman mer Manhettendəki tarixi metro stansiyasında “Quran”a and içdi. Nyu-York ştatının baş prokuroru Letitia Cames qısa mərasimə rəhbərlik edib.
Məmdani Bələdiyyə binasının altındakı tərk edilmiş metro stansiyasını seçərək bu hadisəni "yeni bir dövrün başlanğıcı" elan edib.
Tarixi stansiya 1904-cü ildə açılıb və 1945-ci ildə bağlanıb. Bu, Nyu-York şəhərinin ikonik yerlərindən biri hesab olunur. Bu mərasimdən sonra Bələdiyyə binasının qarşısında başqa bir ictimai andiçmə mərasimi keçiriləcəyi gözlənilir və Məmdani bu mərasimi senator Berni Sandersin iştirakı ilə yenidən keçirəcək.
Brodveydə ictimai şənliklər də davam edib.
SİA-nın məlumatına görə, 34 yaşlı Məmdani, sələfi Erik Adamsın səlahiyyət müddəti 1 yanvar 2026-cı ildə başa çatdıqdan sonra rəsmi olaraq bu ilin əvvəlində vəzifəsinin icrasına başladı və şəhərin ən gənc meri olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB