İsveçrədə partlayışda ölənlər və yaralananlar arasında azərbaycanlıların olub-olmaması barədə məlumat daxil olmayıb

İsveçrənin Kran-Montana dağ-xizək kurortunda partlayış nəticəsində ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat daxil olmayıb.

SİA-nın verdiyi məlumata görə, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən, saat 01:30 radələrində "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində, təxminən, 40 nəfər ölüb, daha 100 nəfər isə xəsarət alıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə