...Rusiya Prezidenti Vladimir Putin rusiyalıları Yeni il münasibətilə təbrik edib.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, dövlət başçısının müraciətini ilk görənlər Kamçatka və Çukotka sakinləri olub.
Müraciətində Rusiya lideri vətəndaşlara cansağlığı və xoşbəxtlik, qarşılıqlı anlaşma və firavanlıq, ilhamverici sevgi arzulayıb.
Putin Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirak edənləri xüsusi olaraq qeyd edərək, ölkənin onlara və qələbəyə inandığını qeyd edib.
Bir müddət əvvəl Kremlin sözçüsü Dmitri Peskov dövlət başçısının Yeni il tətillərində işləyəcəyini açıqlayıb.
O, həmçinin Putinin Yeni 2026-cı ili ailəsi və dostları ilə birlikdə qeyd edəcəyini də açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB