MKİ Venesuelada pilotsuz təyyarə hücumunda iştirak edir...

MKİ əməliyyatdakı rolunu nə rəsmi olaraq təsdiqləyib, nə də təkzib edib...

...ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 24 dekabrda Venesuela ərazisinə pilotsuz təyyarə hücumu həyata keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Intercept yazır.

Bu, ABŞ-ın Venesuela ərazisinə ilk məlum birbaşa hücumu və Tramp administrasiyasının Venesuela diktatoru Nikolas Maduroya təzyiqində yeni bir mərhələ idi.

Mənbəyə görə, zərbə ABŞ hakimiyyətinin Venesuela cinayətkar qrupu Tren de Araguanın fəaliyyəti ilə əlaqələndirdiyi liman körpüsünə dəyib.

Hücum zamanı obyektdə heç kim olmayıb və itki barədə məlumat verilməyib.

CNN əvvəllər Venesueladakı bir obyektdə partlayış barədə məlumat vermişdi və Trampın özü bir neçə gündür qeyri-müəyyən açıqlamalar verir, daha sonra ABŞ-ın narkotik gəmisi yüklənən əraziyə "vurduğunu" təsdiqləyib.

Mərkəzi Kəşfiyyat İdarəsi əməliyyatdakı rolunu nə rəsmi olaraq təsdiqləyib, nə də təkzib edib. Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü şərh verməkdən imtina edib.

Trampın özü Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakı ilə bağlı suala cavab olaraq "Mən bu barədə şərh vermək istəmirəm" deyib. Administrasiyanın tənqidçiləri hücumun heç bir hüquqi əsasının olmadığını və ABŞ Konqresi tərəfindən icazə verilmədiyini iddia edirlər.

Ekspertlər qeyd edirlər ki, ABŞ-ın hərəkətləri Mərkəzi Kəşfiyyat İdarəsiniin Latın Amerikası işlərinə müdaxiləsinin uzun tarixinə uyğun gəlir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə