Əri ilə mübahisə edən qadın 25-ci mərtəbədən yıxılıb və sağ qalıb...

...SİA xəbər verir ki, The Thaiger qəzetinin məlumatına görə, Taylandda 25-ci mərtəbədən yıxılan qadın sağ çıxıb.

Hadisə 28 dekabrda Pattayada baş verib.

Xilasedicilər 26 yaşlı taylandlı qadını yaşayış kompleksindəki hovuzun kənarında ağır xəsarətlər almış, lakin huşunu itirmiş vəziyyətdə tapıblar.

Qonşuların sözlərinə görə, onun adı Alvaradodur.

Yıxılmadan əvvəl o, xarici əri ilə mübahisə edib.

Onların qışqırıqları qonşu mənzillərdə eşidilirmiş.

Polis ərini istintaq üçün saxlayıb.

Bir nəzəriyyəyə görə, güclü külək yıxılmanı yumşaldıb. Zərərçəkənin vəziyyəti kritik olaraq qalır.

Nazlı Almiradova

Bütün xəbərlər Facebook səhifəmizdə