2025-ci ildə Moskva Birjası İndeksi 4%-dən çox ucuzlaşıb...
...2025-ci ilin sonunda Moskva Birjası İndeksi (IMOEX) 4,04 faiz azalaraq 2883,04-dən 2766,62 bala düşüb.
SİA xəbər verir ki, RBC-nin məlumatına görə, bu, bençmarkın 1997-1998-ci illərdən bəri görünməmiş ikinci ildir ki, qırmızı rəngdə bağlanmasıdır.
Rusiyanın ən böyük 45 emitentinin səhmlərini özündə birləşdirən indeks fevral ayında ən yüksək səviyyəsinə - 3371,06 bala çatıb.
Ən aşağı səviyyəsi oktyabr ayında 2457,87 bala düşərək çatıb. Səhmlərin ümumi dollar bazar kapitallaşması əsasında hesablanan RTS İndeksi (RTSI) 12 ay ərzində 24,73 faiz artaraq 893,22-dən 1114,13 bala çatıb.
İndeksin 2025-ci ildə maksimumu 1267,16 bal, minimumu isə 845,24 bal olaraq qeydə alınıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB