Ukrayna dronları Putinin Valdaydakı iqamətgahına hücum edibmi?

Lavrov iddia edir ki, Ukrayna Kreml liderinə sui-qəsd cəhdi edib...

...SİA xəbər verir ki, Meduza-nın məlumatına görə, Ukrayna dronları 29 dekabr gecəsi Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına hücum edib.

Onun sözlərinə görə, 91 dron məhv edilib.

Tələfat və ya ziyan barədə məlumat verilməyib.

Lavrov Ukrayna Silahlı Qüvvələrinin iqamətgaha hücum etməyə cəhd etdiyinə dair heç bir dəlil təqdim etməyib. Rusiya xarici işlər naziri bildirib ki, Moskva Kiyevin Putinin iqamətgahına hücum cəhdinə görə sülh danışıqlarından çəkilməyəcək, lakin "Kiyev rejiminin dövlət terrorizmi siyasətinə son keçidini nəzərə alaraq" mövqeyini yenidən nəzərdən keçirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə