Mixalkov Putinin üzərinə şərab tökən şəxs barədə şərh verib...

Kinorejissor Nikita Mixalkov Rusiya Prezidenti Vladimir Putinə hansı dostunun qırmızı şərab tökdüyünü açıqlamamaq qərarına gəlib.

SİA-nın məlumatına görə, VQTRK jurnalisti Pavel Zarubinlə söhbətində Mixalkov suala cavab verməkdən yayınıb.

...Baxın, əgər prezident sizə kim olduğunu deməsəydi, onu təslim etsəm, həmin şəxsin qarşısında necə görünəcəyimi təsəvvür edə bilərsinizmi?, - deyə rejissor "Rossiya 1" televiziya kanalına verdiyi müsahibədə gülümsəyərək bildirib.

Daha əvvəl, "Rossiya" televiziya kanalında yayımlanan "Nikita Mixalkov" filmində Putin rejissor Nikita Mixalkovun dostlarından birinin rejissorun ad günü məclisində təsadüfən onun üzərinə qırmızı şərab tökdüyünü xatırlayıb.

Daha əvvəl Mixalkov Putinin Azərbaycan lideri İlham Əliyevlə şam yeməyi zamanı ona necə zəng etdiyini danışıb. Aktyorun sözlərinə görə, Əliyevlə görüş illər əvvəl yerli rejissorların dəvəti ilə Bakıya səfəri zamanı baş tutub. Azərbaycan lideri ilə nahar zamanı prezident zəng edib.

Qeyd edək ki, bu il Putin rusiyalı rejissor Nikita Mixalkovu 80 illik yubileyi münasibətilə şəxsən təbrik etmək üçün Masterskaya 12 teatrına gəlib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə