Ekvador hökuməti növbəti on il ərzində ölkənin ilk nüvə reaktorunu istismara verməyi hədəfləyir.
SİA xəbər verir ki, bu barədə Ekvadorun Ətraf Mühit və Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, ölkədə nüvə proqramına nəzarət etmək məqsədilə xüsusi bir qurum yaradılacaq. Bu qurum nüvə proqramında iştirak edən bütün dövlət strukturlarını bir araya gətirən qurumlararası koordinasiya platforması kimi fəaliyyət göstərəcək və Ekvadorun ilk nüvə reaktoru olan RNE1-in təxminən növbəti on il ərzində istismara verilməsinədək prosesə texniki rəhbərlik edəcək.
Nazirlik qeyd edib ki, Ekvador artıq nüvə sənayesi sahəsində fəaliyyət göstərən digər ölkələrin və aparıcı şirkətlərin marağını cəlb edib. Bildirilib ki, nüvə proqramının həyata keçirilməsi orta və uzunmüddətli perspektivdə milli enerji sisteminə strateji tamamlayıcı kimi modul reaktorlar da daxil olmaqla, təmiz və sabit elektrik enerjisi istehsalı üçün nüvə texnologiyalarının tətbiqi imkanlarını qiymətləndirməyə şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB