...Peruda yerli polis İquitos şəhərini qanunsuz fişəng və digər qadağan olunmuş maddələr satan cinayətkarlardan təmizləmək üçün bir sıra reydlər keçirib.
Polislər Santa Klaus geyimlərindən örtük kimi istifadə ediblər.
SİA xəbər verir ki, Peru polisinin Facebook-dakı paylaşımına görə, əməliyyatlardan birində hüquq-mühafizə orqanlarının əməkdaşları 75.285 III kateqoriyalı fişəng və mobil telefon müsadirə ediblər.
Şaxta Klaus geyimində olan bir zabit fişənglərin qanunsuz satıldığı bir ərazidə həbsdə iştirak edib.
Milli Polis əməliyyatın məqsədinin bayram mövsümündə uşaqlar və gənclərin iştirak etdiyi qəzaların qarşısını almaq olduğunu bildirib.
Basqın nəticəsində "Los Protegidos del Pirotécnico" cinayətkar qrupu dağıdılıb və dörd şübhəli həbs edilib. Şübhəlilər qanunsuz fişəng ticarəti ilə ittiham olunurlar. Miladdan iki gün əvvəl polis qonşu Punçana rayonunda daha iki dəstənin həbs olunduğunu bildirib.
Dərc olunmuş fotolarda şübhəlilərin qandallı, Santa kostyumları geyinmiş və günəş eynəyi taxmış polis məmurlarının yanında dayandıqları görünür.
Hüquq-mühafizə orqanlarının əməkdaşları evlərdən birində "La Furia de la Fresa" və "La Enfermería del Mal" dəstələrini zərərsizləşdiriblər.
Axtarış zamanı motosikletlər, mobil telefonlar və 350 qramdan çox qanunsuz maddə müsadirə edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB