Benzin və dizel yanacağının ixracına qoyulan qadağa uzadıldı...

Hökumət avtomobil benzininin ölkə xaricinə ixracına müvəqqəti qadağanı uzadıb.

Məhdudiyyət 28 fevral 2026-cı il tarixinədək qüvvədə olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu qərar birbaşa istehsalçılar da daxil olmaqla, bütün ixracatçılara şamil edilir.

Birjada alınan dizel, dəniz yanacağı və digər qaz yağlarının ixracına qoyulan qadağa da eyni müddətə uzadılıb.

Bu qadağa neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.

Bu qaydalar rəsmi dərc edildikdən sonrakı gün qüvvəyə minəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə