Estoniya Ukrayna üçün Amerika silahlarına milyonlarla avro bağışladı...

NATO-nun PURL təşəbbüsünün bir hissəsi kimi...

Estoniya NATO-nun PURL təşəbbüsünə 10 milyon avro töhfə verəcək. Proqrama əsasən, Ukrayna tərəfdaşları tərəfindən maliyyələşdirilən Amerika silahlarını alacaq.

SİA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahknu Twitter səhifəsində (X) məlumat verib.

...Estoniya Ukraynanın müdafiəsini təcili gücləndirmək üçün NATO-nun PURL təşəbbüsünə 10 milyon avro töhfə verir, - xarici işlər naziri bildirib.

Estoniya bu qərarı ona görə verib ki, Rusiya sülhə sadiqlik əlaməti göstərmir, cəbhə bölgələrində davam edən hücumlar və Ukrayna şəhərlərinə qarşı hava terroru...

Nazir vurğulayıb ki, Ukraynanın dinc sakinləri qorumaq, cəbhə xəttini saxlamaq və sülhə doğru irəliləmək üçün sürətli dəstəyə ehtiyacı var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə