Sankt-Peterburqda bomba sığınacaqları təmir olunacaq…

Sankt-Peterburq hakimiyyəti 2025-ci ilin sonu - 2026-cı ilin əvvəlində bomba sığınacaqlarının təmirinə başlayacaq.

SİA xəbər verir ki, bu barədə şəhərin qanunçuluq, asayiş və təhlükəsizlik komitəsinin sədri Andrey Qolombievski RBC Peterburqa müsahibəsində bildirib.

Qurum rəsmisinin sözlərinə görə, bu il şəhərdə 2,6 mindən çox bomba sığınacaqları yoxlanılır ki, onların da əksəriyyətinin təmirə ehtiyacı var.

Onun sözlərinə görə, bundan əvvəl layihələndirmə və tədqiqat işləri aparılacaq.

Administrasiyanın nümayəndəsi Sankt-Peterburqdakı bomba sığınacaqlarının ümumi sayını açıqlamayıb.

Daha əvvəl bildirilmişdi ki, ruslara hökumət xidmətləri portalı vasitəsilə bomba sığınacaqlarının ünvanlarına çıxış imkanı veriləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə