Estoniyanın Baş naziri Kristen Mixal "Könüllülər Koalisiyası" tərkibində Ukraynaya bir bölük hərbçilər göndərməyə hazır olduğunu bildirib.
SİA bu barədə xarici saytlara istinad edir.
Baş nazirin sözlərinə görə, bu qərar Kiyev üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş Avropa liderlərinin müzakirələrinin nəticəsi olub. Lakin K.Mixal qeyd edib ki, Estoniya hərbçilərinin göndərilməsinin konkret detallarını hələ müzakirə etmək tezdir.
O, son qərarın Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşdən, həmçinin ABŞ-nin iştirakı ilə danışıqların gedişindən asılı olacağını dəqiqləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə