Rusiyadan qaçan aktrisa hazırda Parisdə taksi sürücüsü işləyir...

...O, aktyorluq karyerasını tərk etməli olduğunu etiraf edib. İndi kino ulduzu başqa yollarla pul qazanmağa çalışır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı aktrisa Mariya Şalaeva üç il əvvəl ölkəni tərk etmək qərarına gəlib.

Rusların yazdığına görə, ancaq xaricdəki həyat nəticə verməyib. Belə ki, o, Fransaya köçdükdən sonra taksi sürücüsü kimi işə düzəlib.

Sosial şəbəkələrdə Şalaeva etiraf edib ki, aktyorluq karyerasını tərk edib başqa yollarla pul qazanmağa çalışmalı olub. Onun sözlərinə görə, bu, çətin, yöndəmsiz və utancvericidir.

Aktrisa etiraf edib ki, taksi sürücüsü kimi işlədiyi ilk gün əsəbi olub, sanki ilk çəkiliş günüydü.

Xatırladaq ki, Şalaeva “Balaca su pərisi” filmindəki baş roldan sonra məşhurlaşıb.

2022-ci ildə Mariya uşaqları ilə birlikdə Rusiyanı tərk edib. O, getməsinə səbəb kimi azyaşlı oğlu ilə etiraz aksiyalarında iştirakına görə mümkün cinayət təqibini göstərib.

Aktrisanın Parisdə yaşayan qohumları var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə