...Adlerdə neft bazası Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən sonra yanıb. Yerli sakinlər yanğın fonunda video, selfi çəkməyə başlayıblar.
Bəziləri hətta rəqs edərək sosial şəbəkələrdə videolar da yayımlayıblar.
SİA xəbər verir ki, daha sonra iki qız və bir oğlanın saxlanıldığı məlum olub.
Polisin məlumatına görə, saxlanılan şəxslər 19-21 yaş arası Nijni Taqildən olublar.
Video çəkən 20 yaşlı qıza qarşı İnzibati Xətalar Məcəlləsinin 20.6.1-ci maddəsinin 1-ci hissəsi - “fövqəladə vəziyyətdə davranış qaydalarına riayət etməmə və ya birinin hədələnməsi” ilə protokol tərtib edilib.
Bu maddə xəbərdarlıq və ya 1 ilə 30 min rubl arasında cərimə nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin yaydığı səs yazısında saxlanılan şəxslər sərxoş olduqlarını etiraf edirlər.
Gənc vurğulayır ki, onların heç kimi təhqir etmək, incitmək niyyəti olmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə