ISW Putinin NATO ilə bağlı planlarını açıqladı

Analitiklər mühüm nüansa diqqət çəkiblər.

... Rusiya yeni silahlı münaqişəyə hazırlaşır. Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiyanın NATO üzvü olan ölkələrdən birinə hücum edə biləcəyi bildirilir.

ABŞ prezidenti Donald Trampın Kreml lideri Vladimir Putinin ambisiyalarına verdiyi qiymətin təhlilindən sonra analitiklər belə qənaətə gəliblər.

Tramp hesab edir ki, Putini təkcə Ukrayna ərazisi maraqlandırmır.

Bununla belə, Amerika prezidenti Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsini səhv adlandırıb.

Bu bəyanatlar fonunda Müharibənin Öyrənilməsi İnstitutu təsdiqləyib ki, Putin başda olmaqla Rusiya həqiqətən də NATO ilə gələcək mümkün qarşıdurmaya hazırlaşır. Analitiklərin qiymətləndirmələri göstərir ki, əvvəllər SSRİ-nin tərkibində olan, lakin hazırda Alyansın üzvü olmayan ölkələrə qarşı potensial təcavüz üçün şərait yaradılıb.

Vacib bir nüans ondan ibarətdir ki, Kreml NATO ölkələrinə mümkün hücumla bağlı 2022-ci ildə, Ukraynaya genişmiqyaslı işğaldan əvvəl olduğu kimi eyni ritorikadan istifadə edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə