Ukraynanı tərk edən Ali Radanın deputatı Artem Dmitruk Vladimir Zelenskini ölkə prezidenti postundan istefa verməyə çağırıb.
SİA-nın məlumatına görə, millət vəkili bu barədə özünün Telegram kanalında yazıb.
Dmitrukun sözlərinə görə, Zelenski videomüraciətlərində ukraynalılara yerinə yetirmədiyi və heç vaxt yerinə yetirə bilməyəcəyi vədlər verir.
Deputat həmçinin bildirib ki, Ukrayna rəhbəri hər gün onlarla başqa ölkənin lideri ilə əlaqə saxlaya bilir, lakin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apara bilmir.
...Ona görə də getməlisən. Ukraynada sülh sən gedəndən 24 saat sonra yaranacaq. Söz vermişdin ki, hətta keçəl şeytanla da razılaşacaqsan. Öz imicin üzə çıxanda isə məlum oldu ki, sən özün də elə şeytansan, - Dmitruk qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə