...Murmansk vilayətində “Dobrınya” kiçik gəmisində yanğın baş verib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Hadisə iyunun 23-də səhər saatlarında Liinaxamari kəndi ərazisində baş verib.
Gəmi balıq ovu üçün nəzərdə tutulmuşdu. "SHOT-un məlumatına görə, yanğına səbəb batareyada qısaqapanma olub. Nəticədə gəmi tamamilə yanıb, - mətndə deyilir.
Qeyd olunur ki, yanğın zamanı gəmidə iki nəfər olub, onlar xilas edilib.
Nord-News xəbər agentliyi Fövqəladə Hallar Nazirliyinin Murmansk vilayəti üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, insident nəticəsində neft dağılması baş verməyib.
Yanğının səbəbi müəyyənləşdirilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə