...Rusiya avtomobil bazarında baş verən dəyişikliklər kontekstində Mazda MZD-ni - öz yağ və istehlak materiallarını təqdim edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, Mazda Motor Rus şirkətinin rəhbəri Andrey Qlazkovun sözlərinə görə, MZD-nin yaradılması Rusiyada Mazda avtomobil sahibləri üçün adi səviyyədə xidmət və dəstəyi təmin edəcək.
MZD seriyasına orijinal Mazda tələblərinə uyğun olaraq hazırlanmış mühərrik və transmissiya yağları, əyləc mayeləri, müxtəlif filtrlər və akkumulyatorlar daxildir.
MZD məhsullarının təkcə Mazda avtomobillərində deyil, həm də Yapon və Avropa istehsalının digər məşhur modellərində istifadəyə yararlı olması diqqətəlayiqdir.
MZD Oil & Parts brendi mayın 12-dən 15-dək Moskvanın Expocentre sərgi kompleksində keçiriləcək MIMS Automobility Moscow 2025 beynəlxalq sərgisində təqdim olunacaq.
Ziyarətçilər yeni məhsulların tam siyahısı ilə şirkətin stilizə edilmiş brend çəllək şəklində dizayn edilmiş stendində (Pavilion 8, Hall 3, T145) tanış ola biləcəklər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə