Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq.

SİA xəbər verir ki, Papa XIV Leo həmin gün pontifikliyinin başlanmasına həsr olunan mərasimə rəhbərlik edəcək.

Roma Papası mayın 9-da Vatikanın Sikstin Kapellasındakı ilk ayində iştirak edib. O, mayın 10-da kardinallarla görüş keçirəcək.

Papa XIV Leo, həmçinin mayın 12-də dünya mətbuatının nümayəndələri ilə görüşəcək. Mayın 21-də isə Vatikanın Müqəddəs Pyotr Kilsəsində ümumi auditoriya qarşısında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə