Putin Trampa təşəkkür edib

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa Ukrayna münaqişəsinin həllinə göstərdiyi diqqətə görə təşəkkür edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

...İlk növbədə, mən ABŞ prezidenti cənab Trampa Ukraynadakı nizamlanmaya bu qədər diqqət yetirdiyinə görə minnətdarlıq sözləri ilə başlamaq istərdim, - Putin qeyd edib.

Bunu dövlət başçısı belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqların yekunu üzrə mətbuat konfransı zamanı deyib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov martın 13-də Amerika və Rusiya liderləri arasında telefon danışığının mümkünlüyünü istisna etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə