SpaceX-in sahibi olan amerikalı iş adamı İlon Mask Polşanın xarici işlər naziri Radoslav Sikorskini şirkətin etibarsızlığı ilə bağlı açıqlamalarına cavab olaraq “kiçik adam” adlandırıb.
SİA xəbər verir ki,bu barədə milyarder sosial şəbəkələrdə məlumat verib.
...Sus, balaca adam!
Maraqlıdır ki, Mask bunu özünün X sosial media səhifəsində yazıb.
O, Sikorskinin SpaceX-in lazımi etibarlılığı təmin edə bilməyəcəyi təqdirdə Polşanın alternativ sistemlərdən istifadə imkanlarını nəzərdən keçirəcəyi ilə bağlı açıqlamasını belə şərh edib.
Mask əlavə edib ki, heç bir sistem Starlink-i əvəz edə bilməz. …Qeyd edək ki, Sikorski daha əvvəl bildirmişdi ki, Ukraynada əlaqə kəsilərsə, Polşa Starlink peyk internet sistemindən istifadəni dayandıracaq. O, həmçinin SpaceX-in etibarlılığına şübhə etdiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə