Serbiya Prezidenti Aleksandar Vuçiç ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Aleksandar Vuçiç sosial media hesabındakı paylaşımda bildirib.
Serbiya Prezidenti söhbət zamanı Qərbi Balkan regionundakı vəziyyət və ölkəsi ilə NATO arasında ikitərəfli münasibətlər barədə müzakirələr aparıldığını qeyd edib.
“Biz regionda məsuliyyətli və ciddi davranışın vacibliyini, eləcə də sülhün qorunub saxlanmasının bölgədə yaşayan bütün insanların əsas marağında olduğunu vurğuladıq”, - deyə Aleksandar Vuçiç bildirib.
Tərəflər, həmçinin gələn ay Brüsseldə görüş keçirmək barədə razılaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə